![]() Şəmsəddin Hacıyev: “Təhsil haqqında qanun MM-in payız sessiyasında müzakirə ediləcək”
![]() 10/09/2009 13:54
![]()
Şəmsəddin Hacıyev: “Təhsil haqqında qanun MM-in payız sessiyasında müzakirə ediləcək”
“Azərbaycan Dövlət İqtisad Universitetinin Balonya sisteminə keçib”. RİYAD MEDİA-nın məlumatına görə bu barədə Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Universitetin bütün fakultələri bu sistemə keçirilib. İmtahanlar kompyuterlər vasitəsi ilə test şəklində olacaq. Nə tələbə müəllimi, nə də müəllim tələbəni görəcək. Kompyuter qarşısında imtahan verəcək və həmin dəqiqə nəticəni-qiymətini alacaq. Bundan başqa biz dünyanın ən fundamental dərsliklərini nəşr etdirərək, tədris prosesində onlardan istifadə edəcəyik. Təhsil qanunu ilə bağlı isə Ş.Hacıyev təhsillə bağlı 2 qanunun birinci oxunuşdan keçdiyini bildirib. MM-in payız sesiyasında yenidən müzakirə ediləcək. Digər yerdə qalan qanun layihələri isə növbəti illərdə oxunuşa çıxarılacaq. Qanun qəbul olunduğu gündən qüvvəyə minəcək. |