“Şərqi Avropada və Mərkəzi Asiyada Milli Məkan Məlumatları İnfrastrukturun inkişafı” mövzusunda beynəlxalq seminar
14/05/2009 11:11
“Şərqi Avropada və Mərkəzi Asiyada Milli Məkan Məlumatları İnfrastrukturun inkişafı” mövzusunda beynəlxalq seminar

Bu gün mayın 14-ü Bakıda “Şərqi Avropada və Mərkəzi Asiyada Milli Məkan Məlumatları İnfrastrukturun inkişafı” mövzusunda beynəlxalq seminar başlayıb. Mayın 15-inə kimi davam edəcək seminar Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Reyestri və Xəritəçəkmə Agentliyinin birgə təşəbbüsü ilə keçirilir. Tədbirə Azərbaycan və Niderland Krallığı ilə yanaşı Litvanın, Norveçin, Belarusiyanın, Gürcüstan və Rusiya Federasiyasının Dövlət Reyestr Xidmətlərinin və Beynəlxalq Kadastr təçkilatlarının rəhbərləri, nümayərdələri qatılıb.
 Tədbiri çıxış sözü ilə açan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov iştirakçıları salamlayaraq, bu seminara qatıldıqları üçün öz minnətdarlığını bildirdi. Azərbaycan dövləti yüksək inkişaf mərhələsinə çatdığından, bu gün ölkədə milli məkan məlumatlarının əldə edilməsi, emalı, mübadiləsi, istifadəsi üzrə zəruri texnologiyaların, standartların, habelə digər fəaliyyətlərin əlaqələndirilməsi üçün vahid infrastrukturun formalaşmasına ehtiyacın olduöunu vurğuladı. Milli məkan məlumatlarının toplanması, istifadəsi sahəsində ümumi siyasətin və standartların müəyyənləşdirilməsi zərurəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin gündəlik fəaliyyətində özünü daha çox hiss etdirdiyini söylədi. 
 Dünyanın bir sıra ölkələrində milli məkan məlumatları infrastrukturunun formalaşdırılması sahəsində artıq kifayət qədər zəngin təcrübə toplanıb. ABŞ-ın keçmiş prezidenti Bill Klintonun 1994-cü ilin aprelində imzaladığı və Milli Məkan Məlumatları İnfrastrukturunun – yəni, En-Si-Di-Ay-ın yaradılmasını nəzərdə tutan 12906 nömrəli sərəncamdan sonra həm ABŞ-da, həm də eyni təcrübədən bəhrələnən bir sıra ölkələrdə belə bir infrastrukturun formalaşdırılması sahəsində əhəmiyyətli nəticələr əldə edilib. Dünyanın Əksər inkişaf etmiş ölkələrində belə bir infrastrukturun yaradılması işi artıq başa çatdırlsa da, Şərqi Avropa və Mərkəzi Asiya regionunda milli məkan məlumatları infrastrukturunun formalaşdırılması prosesi hələ davam etməkdədir.
 Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankl arasında imzalanmış kredit sazişi üzrə həyata keçirilən “Daşınmaz əmlakın qeydiyyatı Layihəsi” çərçivəsində bu istiqamətdə daha geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulduğu vurğulayan Qaraşov hər üç icraçı agentliyin, həm Xidmətin, həm Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, həm də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrinin iştirak etdiyini xatırlatdı.
 Daha sonra çıxış edən Niderlandın “Kadaster-İnernational” təşkilatının nümayəndəsi Rik Voutersin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Ümumdünya Məkan Məlumatları İnfrastrukturu Assiasiyasının prezidenti Bas Kok çıxış edərək belə bir seminarın Azərbaycanın Milli məkan məlumatında əhəmiyyətli rol oynayacağını vurğuladılar.