![]() Ötən il Gəncə Avtomobil Zavodunda 670 ədəd müxtəlif növ texnika yığılıb
![]() 18/03/2010 10:14
![]()
Ötən il Gəncə Avtomobil Zavodunda 670 ədəd müxtəlif növ texnika yığılıb
Gəncə. Nəzakət. Gəncə Avtomobil Zavodunda 2009-cu ildə müxtəlif modeldə 670 ədəd “Belarus” traktoru, 10 ədəd özüboşaldan traktor qoşqusu, 6 ədəd MAZ avtokranı yığılıb. RİYAD MEDİA-nın Qərb bölgə müxbirinin verdiyi xəbərə görə, 2010-cu ildə Gəncə Avtomobil Zavodu dövlət sifarişlərini yerinə yetirərək 500 ədəd müxtəlif modeldə “Belarus” traktoru, 500 ədəd MAZ avtomobili, 300 ədəd avtomobil qoşqusu və 150 ədəd kommunal maşın istehsal edəcək. Bundan başqa avtokran, traktor qoşquların da istehsalı nəzərdə tutulur. Yanvar ayından bu günə kimi artıq 272 ədəd MAZ avtomobili və 77 ədəd “Belarus” traktoru yığılıb. Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev bildirib ki, Azərbaycan bazarında marketinq araşdırması aparılıb. Bu il təxminən əlavə olaraq 250-270 ədəd traktor istehsal edəcək. Biz təxminən ilin axırına kimi 750-800 ədəd traktorun və MAZ tipli avtomobillər istehsal edəcik. Zavodun məhsulları yerli tələbatı ödəməklə yanaşı, xarici bazara da çıxarılır. İlk olaraq Türkiyə və Gürcüstan seçilib. Qeyd edək ki, Minsk Traktor və Avtomobil zavodları ilə əməkdaşlığa başlanan gündən Gəncə Avtomobil Zavodunda 1648 ədəd “Belarus” markalı traktor və 351 ədəd MAZ avtomobili yığılıb. 2005-ci ildə müəssisə şəhər büdcəsinə 372 min 406 manat vergi ödəyibsə, 2009-cu il üçün bu rəqəm təxminən 2 dəfə artaraq 704 min 960 manat təşkil edib. 2005-ci ildə müəssisənin illik dövriyyəsi 1 904 915 manat olduğu halda, 2009-cu ildə 8,5 dəfə artaraq 16 212 513 manat təşkil edib. |