![]() Sevinc Abbasova: “TV məkanında peşəkar aparıcılar azdır”
![]() 17/03/2010 15:32
![]()
Sevinc Abbasova: “TV məkanında peşəkar aparıcılar azdır”
Bakı. Amid. Bu gün Azərbaycan Media ərkəzində növbəti debat keçirilib. RİYAD MEDİA-nın verdiyi xəbərə görə, bu dəfəki debatın mövzusu: “Azərbaycanda televiziya aparıcıları peşəkardırmı?”.
Tərəf kimi isə Bakı Dövlət Universitetinin tələbələri: Sevinc Abbasova və Əfsələddin Ağalarov çıxış ediblər. Birinci tərəf ölkəmizdə TV sahəsində peşəkarlığın aşağı, ikinci tərəf isə tamamilə bunun əksinə olaraq, peşəkarlığın yüksək səviyyədə olduğu qənaətində olub. Ümumilikdə isə hər iki halda canlı yayım verilişlərinin çox az olması ilə əlaqədar, hər iki debat tərəfi otraq məxrəc kimi peşəkarlıq səviyyəsinin aşağı olması fikrilə razılaşıb. Qeyd edək ki, yuxarıda bildirilən edilən fikirlər adı çəkilən tələbələrin şəxsi fikridir. |