"Universitetlərarası Olimpiada"ya start verilir
17/03/2010 09:45
"Universitetlərarası Olimpiada"ya start verilir

Bakı. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın başlanılması haqqında məlumat verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, olimpiadanın keçirilməsi barədə şərtlər, tapşırıqlar, və digər məlumatlar www.aztelekom.org/olimpiada saytında yerləşdirilib. İştirak etmək istəyən komandalar qeyd olunan linkdə qeydiyyatdan keçməlidirlər.

Komandaların qeydiyyatı 03.04.2010-cu il tarixdə bitir.