ABŞ-da onlayn-dələduzluqdan dəyən ziyan il ərzində iki dəfə artıb
16/03/2010 13:10
ABŞ-da onlayn-dələduzluqdan dəyən ziyan il ərzində iki dəfə artıb

Bakı. 2009-cu il ərzində ABŞ-da onlayn-dələduzlar qeyri-qanuni əməllər hesabına 560 milyon dollar əldə edə biliblər. İnternetdə cinayətlərə dair şikayət mərkəzinin (Internet Crime Complaint Center - IC3) məlumatına görə il ərzində Qlobal Şəbəkədə fırıldaqlıq faktlarının həcmi iki dəfə artıb.

RİYAD MEDİA-nın RİTN-nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, ABŞ Federal Tədqiqatlar Bürosu və Milli İntellektual Sahədə Cinayətlərlə Mübarizə Mərkəzi tərəfindən təsis edilmiş IC3 mərkəzi internet-fırıldaqlıqdan zərər çəkmiş istifadəçilərə ölkənin səlahiyyətli hüquq mühafizə orqanlarına müvafiq şikayətin verilmə mexanizmini təqdim edir. Şəbəkədə törədilən cinayətlər haqqında hesabatlar 2001-ci ildən etibarən hər il təqdim olunur.

2009-cu ildə 336 mindən artıq onlayn-dələzəduzlardan zərər çəkmiş istifadəçi qeydə alınıb ki, bu da bir il əvvəlki göstəricidən 22% artıqdır. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə 200 min rəsmi şikayət qeydə alınıb.