Millimiz Makedoniya yığması ilə qarşılaşacaq
15/03/2010 10:34
Millimiz Makedoniya yığması ilə qarşılaşacaq

 Bakı. Mayın 29-da, Avstriyada Azərbaycan milli komandası Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Bu barədə RİYAD MEDİA AFFA-nın rəsmi saytına istinadən məlumat yayıb. Xatırladaq ki, millimiz mayın 26-da Moldova, iyunun 2-də isə Honduras yığması ilə qarşılaşacaq. Bu oyunlar da Avstriyada keçiriləcək.