![]() Azərbaycan-Rusiya birgə İT-şirkətə yeni rəhbər təyin olunub
![]() 12/03/2010 11:34
![]()
Azərbaycan-Rusiya birgə İT-şirkətə yeni rəhbər təyin olunub
Bakı. C-Ring Telecom birgə müəssisəsinin (BM) həmtəsisçiləri Azərbaycanın Azertelekom və Rusiyanın Sinterra şirkətləri Seyse Lettinqin BM-in baş direktoru vəzifəsinə təyin edilməsini bildiriblər. Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən RİYAD MEDİA-ya bildiriblər ki, yeni mövqedə baş direktorun vəzifələrini icra edən Çaqdaş Berksanı əvəz etmiş S. Lettinq C-Ring Telecom-a gəlməmişdən qabaq iBasis şirkətinin Avropada satış üzrə vitse-prezidenti olub. C-Ring Telecom BM öz layihələrində Azərbaycan və Rusiya ərazilərində Azertelekom və Sinterra şirkətlərinin birləşmiş infrastrukturunun resurs və imkanlarından istifadə edir. Bunun nəticəsində Azərbaycanın biznes sahəsi və əhalisi müasir rabitə xidmətləri kompleksi ilə təmin olunur. Buraya beynəlxalq və şəhərlərarası rabitə xidmətləri, magistral kannaların icarəsi, IP MPLS şəbəkəsi bazasında xidmətlər, internetə çıxış, eləcə də verilənlərin emalı mərkəzlərinə çıxış xidmətləri daxildir. Azertelekom və Sinterra hər biri birgə müəssisənin nizamnamə kapitalının 50 faizinə nəzarət edir. |