![]() Xəzərin Azərbaycana aid hissəsində Rusiyaya məxsus gəmi yanaraq batıb
![]() 12/03/2010 10:44
![]()
Xəzərin Azərbaycana aid hissəsində Rusiyaya məxsus gəmi yanaraq batıb
Bakı. Martın 12-si gecə 01:33-də Fövqəlacdə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Çilov adası yaxınlığında Rusiya Federasiyası Dağıstan Respublikasının "Qrand" şirkətinə məxsus "MRS Kayakend" adlı balıqçı gəmisinin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. RİYAD MEDİA-nın Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, dərhal Nazirliyin yaxın ərazidə xidmətdə olan Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə gəmisi hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, balıqçı gəmisi yarıyadək batıb, gəminin göyərtəsində olan 15 nəfər isə xilasetmə qayıqlarında dənizə çıxıblar. Nazirliyin xilasediciləri zərərçəkmişlərdən 6-nı və hadisə yerinə gəlmiş Xəzər Dəniz Neft Donanmasına məxsus 2 gəmi isə qalan 9 nəfəri xilas edib. Xilasetmə əməliyyatına Nazirliyin 1 ədəd vertolyotu da cəlb olunub. Küləkli hava şəraitinin xilasetmə əməliyyatını çətinləşdirməsinə baxmayaraq, qəzaya uğramış "MRS Kayakend" gəmisinin sahilə gətirilməsi üçün müvafiq tədbirlər görülür. |