![]() Millimiz «Olimpik» Marsel və «Yuventus»la qarşılaşacaq
![]() 11/03/2010 15:43
![]()
Millimiz «Olimpik» Marsel və «Yuventus»la qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 31-dən aprelin 10-dək İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olacaq. RİYAD MEDİA-nın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində aprelin 2-dən 5-dək yığmamız beynəlxalq turnirdə iştirak edəcək. U-19 qrupda «Olimpik» (Marsel) və «Yuventus» klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. |