![]() Azad Rəhimov: “İordaniya və Azərbaycan gəncləri tez-tez görüşüb, sıx əlaqədə olurlar”
![]() 10/03/2010 14:12
![]()
Azad Rəhimov: “İordaniya və Azərbaycan gəncləri tez-tez görüşüb, sıx əlaqədə olurlar”
Bu gün Gənclər və İdman Naziri Azad Rəhimov İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyətini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən RİYAD MEDİA-ya veriılən xəbərə görə, nümayəndə heyətinin tərkibində Dr. Sari Hamdan (Cənab)- İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş katibi, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti, nümayəndə heyətinin rəhbəri, Cənab Abdurrəhman Armuti-Gənclər hərəkətinin təşviqi üzrə Milli Fondun baş direktoru, Cənab Arif İshakat-Beynəlxalq təşkilatlar bölməsinin rəisi və Xanım Narin Haj Tass- Milli Olimpiya Komitəsinin nümayəndəsi var idi. Qonaqları salamlayan nazir Azərbaycan və İordaniya hökumətləri arasında olan sıx münasibətlərdən, Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin İordaniyaya rəsmi səfəri zamanı İordaniya Kralı II Abdulla ilə dostluq münasibətləri, hər iki ölkənin birinci xanımlarının müxtəlif nüfuzlu layihələri haqda söz açdı. Azad Rəhimov eyni zamanda “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” çərçivəsində görülən işləri də diqqətə çatdırıb, bu layihənin önəmini vurğuladı. Nazir öz növbəsində hər iki ölkənin gənclərinin İslam ölkələrinin gənclər forumu layihəsi çərçivəsində tez-tez görüşüb, sıx əlaqədə olduqlarını da bildirdi. Nümayəndə heyətinin rəhbəri İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş katibi, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Dr. Sari Hamdan qonaqpərvərlik üçün öz təşəkkürünü bildirib, Azərbaycan və İordaniya hökumətləri arasında münasibətlərin daha da möhkəmlənməsinin önəmindən danışdı. Qonaq qeyd etdi ki, bu gün İordaniyada əhalisinin 70%-ni gənclər təşkil edir ki, hökumət onların daha da inkişaf edib, beynəlxalq layihələrdə iştiraklarının təmin olunması məqsədi ilə daim gəncləri dəstəkləyir. Qonaq gənclər və idman sahəsində artıq real əməkdaşlığın önəmindən söz açaraq, hər iki ölkənin gənclər təşkilatlarının rəhbərlərinin görüşərək gələcək layihələri birgə müzakirə etmələri, İordaniya idmançılarının Azərbaycanda təlim məşq toplantılarına qatılması təkliflərini irəli sürdü. Görüş əsnasında “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” çərçivəsində gənclər və idman sahəsində ayrı-ayrılıqda ikitərəfli sazişin imzalanması mövzusunu da müzakirə etdilər. Qeyd edək ki, qonaqlar ölkəmizdə 14 mart tarixinədək qalacaqlar. |