![]() Səlim Müslümov: “Qısa müddətdə idmançılarımız Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar”
![]() 09/03/2010 12:55
![]()
Səlim Müslümov: “Qısa müddətdə idmançılarımız Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar”
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup pensiyaçı gimnast xanımlarla görüş keçirilib. DSMF-nin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, Gimnast xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Fondun sədri Səlim Müslümov onlara , cansağlığı, səadət və həmişə gözəllik arzulayıb. Bir neçə gün öncə Azərbaycanda Bədən Tərbiyəsi və İdman gününun də qeyd olunduğunu xatırladan DSMF sədri bildirib ki, ölkəmizdə idmanın sürətli inkişafı və qazanılan nəaliyyətlər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub. Milli Olimpiya Komitəsinin sədri, dövlətimizin başçısı İlham Əliyev cənablarının rəhbərliyi sayəsində son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb: “İdmanda qazanılan nailiyyətlər göz qabağındadır. Qısa müddətdə idmançılarımız Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar, yeni-yeni qələbələr qazanıblar”. Görüşdə son illər idmanın gimnastika növünün inkişafında ciddi dönüşün baş verdiyi qeyd edilib. DSMF sədri vurgulayıb ki, Gimnastika Federasiyasının səmərəli fəaliyyəti sayəsində, gimnastika idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilib. S.Müslümov Azərbaycanda gimnastika ənənələrinin yaşamasında pensiyaçı gimnastların rolunun danılmaz olduğunu bildirib. Görüşdə çıxış edən pensiyaçı gimnast xanımlar Azərbaycanda idmancıların sosial problemlərinin dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Gimnast xanımlar onlara göstərilən diqqət və qayğıya görə Gimnastika Federasiyanın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daha sonra DSMF sədri pensiyaçı gimnast xanımlara xatirə hədiyyələri təqdim edilib. |