![]() Ramilya Şarafudinova evində köməksiz vəziyyətdə vəfat edib
![]() 09/03/2010 12:20
![]()
Ramilya Şarafudinova evində köməksiz vəziyyətdə vəfat edib
Bakı şəhəri Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. RİYAD MEDİA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1950-ci il təvəllüdlü Ramilya Şarafudinova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Keçirilmiş ilkin müayinə nəticəsində R.Şarafudinovanın vəfat etdiyi müəyyən edilib. Xilasedicilər qeyd olunan şəxsin cəsədini aidiyyəti üzrə təhvil verib. |