![]() Sumqayıtda 65 ədəd yeni avtobus dayanacaqları quraşdırılıb
![]() 05/03/2010 13:53
![]()
Sumqayıtda 65 ədəd yeni avtobus dayanacaqları quraşdırılıb
Sumqayıt şəhərində sərnişinlərin rahatlığının tam təmin edilməsi məqsədilə yeni avtobus dayanacaqları quraşdırılması işləri başa çatıb. Ümumilikdə şəhər ərazisində nəzərdə tutulmuş 65 ədəd yeni avtobus dayanacaqları artıq quraşdırılıb. Bu barədə RİYAD MEDİA-ya Sumqayıt şəhər İH-nin müşaviri Teymur Vəliyev bildirib. Şəhərin Sülh küçəsində 10, Koroğlu prospektində 14, H.Əliyev prospektində 15, Azərbaycan prospektində 1, Ü.Hacıbəyov küçəsində 1, S.Vurğun küçəsində 4, Bakı küçəsində 8, Sahil küçəsində 4, N.Nərimanov küçəsində 7, Nizami küçəsində 1 ədəd dayanacaq quraşdırılıb, quraşdırılmış yeni dayanacaqların ətraf ərazilərinə tamet döşənib. |