Ölkəmiz Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının görüşündə bir deputatla təmsil ediləcək
05/03/2010 13:00
Ölkəmiz Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının görüşündə bir deputatla təmsil ediləcək

Milli Məclisin deputatı Dünyamin Xəlilov Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının maliyyə dəstəyi ilə müvafiq Ekspertlər Görüşündə iştirak etmək üçün martın 9-dan 12-dək Qırğızıstana səfər edəcək.  
Bu barədə RİYAD MEDİA-ya Milli Məclisin mətbuat xidmətindən bildirilib. Bişkek şəhərində keçiriləcək tədbirdə BMT-nin Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan iqtisadiyyatı üçün Xüsusi proqramı çərçivəsində ticari yardımlar üzrə müvafiq yol xəritəsinin həyata keçirilməsi, bununla əlaqədar milli və regional yardım prioritetlərinin müəyyənləşməsi məsələləri müzakirə ediləcək. 
Deputatımız tədbirdə müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.