Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi 2009-cu ilin yekunlarına dair mətbuat konfransı keçirib
05/03/2010 12:33
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi 2009-cu ilin yekunlarına dair mətbuat konfransı keçirib

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi (AXDGR) Aydın Bəşirov ötən ilin yekunlarına dair mətbuat konfransı keçirib. RİYAD MEDİA-nın məlumatına görə, A.Bəşirov yükdaşımalar sahəsində TRASEKA dəhlizi boyunca daşınan yüklərin həcmində 18 faiz artım olduğunu qeyd edib: “TRASEKA nəqliyyat dəhlizində yükdaşımalar 8 mln 028 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə çıxdur”. 
2009-cu ildə Xəzər dənizi hövbzəsində 10,7 min nəfər sərnişin daşınıb və sərnişin dövriyəsi 2 mln nəfər təşkil edib. 
Azərbaycan gəmiçiliyinin 151 yaşını qeyd etdiyini bildirən AXDG-rəisi 2002-ci ildən bu günə kimi 13 yeni gəmi alındığını vurğulayıb. Onun sözlərinə görə, Novruz bayramına qədər yeni quru yük limanı istifadəyə veriləcək: “Yeni quru yük limanının tikintisi başa çatmaq üzrədir”.
Gəmiçiliyin 80 nəqliyyat gəmisinin olduğunu deyən Aydın Bəşirov, bunlardan 40-nın tanker, 28-nin quru yükdaşıyan və ikisinin isə bərə olduğunu bildirib.
Cari ildə 1mln 200 ton yük daşınıb ki, ümumilkdə 2010-cu ilin sanuna kimi 13 mln 500 min ton yük daşınması nəzərədə tutulur. 
Zığ şossesində tikilən limana Nazirlər Kabineti tərəfindən 26 mln 586 min manat vəsait ayrılıb. Bu limanın da tikintisinin 3-4 aya sona çatacağını vurğulayıb.