![]() Adam Şiff: “Ermənilərin Sumqayıtdan qovulması unudulmamalıdır”
![]() 03/03/2010 12:50
![]()
Adam Şiff: “Ermənilərin Sumqayıtdan qovulması unudulmamalıdır”
ABŞ konqresmeni Adam Şiff ermənilərin Sumqayıtdan çıxmasının 22-illiyi ilə əlaqədar bəyanat verib. RİYAD MEDİA-nın PanArmenian.net saytına istinadən verdiyi xəbərə görə, bu barədə konqresmenin mətbuat katibi olan Şon Oblak bildirib. Konqresmenin bu xəbəri ABŞ konqresində müzakirəyə çıxarılacaq. Konqresmenin sözlərinə görə, 1988-ci ildə ermənilərə güc tətbiq edilib, onlarla insan öldürülüb, yüzlərlə insan isə yaralanıb. Bəyanatda göstərilir ki, Azərbaycan tərəfi hər vəchlə bu faktı gizlətməyə çalışır. Lakin, qaçqın düşmüş ermənilər bu hadisənin şahididir. Bildirilir ki, bu hadisələr Dağlıq Qarabağda yaşayan azlıqlara qarşı etnik təmizləmə və müharibənin səbəbidir. Adam Şiffin bəyanatında aprel ayında “Erməni soyqırımının” 95 ilinin tamam olacağı göstərilir. Onun sözlərinə görə, Sumqayıt hadisələrinin qurbanlarının xatirəsi unudulmamalıdır. P.S Bu ermənilərin yürütdüyü mənfur siyasətin bir hissəsidir. Bu bəyanatı verən konqresmenin bəlkə də bu hadislər haqqında tam təəssüratı yoxdur. Əgər belə olsaydı, o, “Ermənilərin Sumqayıtdan qovulması” ifadəsini dilinə belə gətirməzdi. Necə olur ki, ermənilər Azərbaycandan qovulur, amma, indinin özündə Bakıda on mindən artıq erməni yaşayır?
|