“Bank Standard”ın “Uduşlu pul köçürməsi” aksiyasının ikinci tirajının qalibi müəyyən olunub
26/02/2010 11:04
“Bank Standard”ın “Uduşlu pul köçürməsi” aksiyasının ikinci tirajının qalibi müəyyən olunub

Qalib 106 sm (42 düym) diaqonallı, mayekristal ekranlı televizora sahib oldu.  “Bank Standard”ın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, “Uduşlu pul köçürməsi” aksiyası çərçivəsində fevralın 25-də  “Bank Standard”ın “Lənkəran” filialında keçirilən lotereyanın ikinci tirajının qalibi “Elm” filialının müştərisi Yaqub Mahmudov oldu. Qalib şəxs öz uduşunu təhvil almaq üçün “Bank Standard”ın Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisinə müraciət etməlidir.

Tiraj DQKK tərəfindən təsdiqlənmiş qaydalara uyğun, müstəqil komissiyanın nəzarəti altında və müştərilərin iştirakı ilə keçirildi. Lotereyanın növbəti üçüncü tirajı Novruz bayramından sonra keçiriləcək.