Avropa Bankı sumqayıtlı sahibkarların layihələri ilə tanış olacaq
24/02/2010 09:54
Avropa Bankı sumqayıtlı sahibkarların layihələri ilə tanış olacaq

Sumqayıtda 2010-cu ilin may ayında keçiriləcək “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda konfransda Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin iştirakı gözlənilir. Bu fikir Sumqayıt şəhər icra hakimiyyətində baş tutan AYİB-nın nümayəndə heyəti ilə görüşdə səsləndirilib. Sumqayıt şəhər İH-nin müşaviri Teymur Vəliyevin RİYAD MEDİA-ya verdiyi xəbərə görə, şəhərin mövcud sosial-iqtisadi vəziyyətinin və gələcək inkişaf yollarının müzakirə ediləcəyi, sayca 9-cu olacaq bu elmi-praktik konfransda AYİB nümayəndə heyətinin sumqayıtlı sahibkarlarla görüşməsi və onlara öz imkanlarını təqdim etməsi nəzərdə tutulur.

Konfransda həmçinin aidiyyatı nazirliklərin nümayəndələrinin, elmi-tədqiqat institutlarının alimlərinin, ekspertlərin məruzələri dinləniləcək, Sumqayıtın gələcək inkişafı barədə müzakirələr aparılacaq.