![]() 23/02/2010 Azərbaycanlı karikaturaçının əsəri Təbriz Karikatura Muzeyində nümayiş olunub
![]() 23/02/2010 12:12
![]()
23/02/2010 Azərbaycanlı karikaturaçının əsəri Təbriz Karikatura Muzeyində nümayiş olunub
İranda ənənəvi təşkil olunan IX Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən müsabiqənin xüsusi mükafatına azərbaycanlı rəssam Bayram Hacızadə layiq görülüb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən RİYAD MEDİA-ya verilən xəbərə görə, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi İdarə Heyətindən verilən məlumata görə, müsabiqənin I mükafatı iranlı rəssam Əli Şabaniyə, II mükafatı bolqarıstanlı rəssam Valentin Georgievə, III mükafatı isə türkiyəli rəssam Ömər Cama təqdim olunub. Müsabiqənin xüsusi mükafatına layiq görülmüş Bayram Hacızadənin müəllifi olduğu karikatura Təbriz Karikatura Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq. Təbriz Karikatura Assosiasiyasının idarə heyətinin qərarına əsasən Bayram Hacızadə bu təşkilata fəxri üzv seçilib. |