![]() 16/02/2010 Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib
![]() 16/02/2010 10:58
![]()
16/02/2010 Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib
Dünən Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. BFB-dan RİYAD MEDİA-ya verilən xəbərə görə, sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 8 034 000 manat təşkil edib. Sifarişlər 100.1264% qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 000 000 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2019-cu ildir. |