![]() Rostelekom Delta Telekom üçün internetin sürətini 4 dəfə artırır
![]() 10/02/2010 14:58
![]()
Rostelekom Delta Telekom üçün internetin sürətini 4 dəfə artırır
Rusiyanın Rostelekom rabitə operatoru Azərbaycanın telekommunikasiya operatoru Delta Telekom şirkəti üçün internetə çıxış sürətini 4 dəfə, saniyədə 2,5 Qbit-dən 10 Qbit-dək artırır. Bu barədə RİYAD MEDİA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Belə vəziyyətdə şirkətlər arasında internet-trafik mübadiləsinin həcmi, eləcə də Azərbaycan əhalisini üçün internetə çıxış sürəti xeyli artacaq. Bu barədə Rusiya şirkətinin məlumatında qeyd olunur. Rostelekom-un baş direktoru Anton Kolpakovun sözlərinə görə, onun rəhbərlik etdiyi şirkət Delta Telekom-la gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlıq etməyi planlaşdırır: “bu zaman, əməkdaşlıq çərçivəsində nəinki Azərbaycan istifadəçilərinin internetə çıxışla təmin olunması, həmçinin Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində birgə iri layihələrin həyata keçirilməsi də nəzərdə tutulur”. |