![]() Zibil qutuları vaxtında təmizlənsə də ...
![]() 18/01/2010 14:00
![]()
Zibil qutuları vaxtında təmizlənsə də ...
RİYAD MEDİA- keçirdiyi sorğunun nəticələrini elan edib.Yaşadığınız ərazidə zibil qutuları vaxtında təmizlənirmi? Sualının cavablandırılmasında 74 nəfər resspondentin rəyi öyrənilib. Nəticələr aşağıdakı kimi olub: 1. Suala 43,24 faiz (32 nəfər) müsbət cavab verib, yəni, Bəli. 2. Suala 14,86 faiz (11 nəfər) mənfi-Xeyr cavabını verib. 3. “Zibil qutumuz yoxdur” deyənlərin sayı 32,43 faiz (24 nəfər) təşkil edib. 4. Bir nəfər “qutuları özümüz təmizlədirik” deyə cavab verib. 5. Rəy bildirənlərin 8,11 faizi (6 nəfər) yaşadığı ərazidə zibilliyin baş alıb, getdiyini bildirib. Aparılan sorğunun nəticələrini nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, ətraf mühitin çirklənməsinin qarşısının alınması yönümündə aparılan işlər yavaş-yavaş öz müsbət bəhrəsini verir. Lakin rəy bildirən şəxslərdən birinin: “Zibil təmizləyənlər öz kefləri ilə- barmaqarası təmizlik edir” deməsi bu sahədə hələ çox işlər görülməsinin zəruri olduğunu göstərir. |