Qısa boyluların xroniki ağciyər xəstəliyinə tutulma riskinin daha yüksək olduğu ortaya çıxdı
08/01/2010 15:22
Qısa boyluların xroniki ağciyər xəstəliyinə tutulma riskinin daha yüksək olduğu ortaya çıxdı

Nottingham Universitetinin, 35 yaşlı bir milyondan çox adamın iştirakıyla keçirdiyi araşdırma, xroniki obstrüktif ağciyər xəstəliyinə (KOAH) tutulan kəslərin, təxminən 1,12 santimetr daha qısa olduğunu göstərdi. RİYAD MEDİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, araşdırma aparanlar bu kəslərin boylarının qısa olmasının, yoxsul bir ailədən gəldiklərinin ola biləcəyini də ifadə ediblər.
Nəticələri Journal of Epidemiology and Community Health jurnalında nümayiş olunan araşdırma çərçivəsində, 1 milyon 25 min 662 adamın sağlamlıq vəziyyətləriylə əlaqədar məlumatların araşdırıldığı, xüsusilə 35 elə 49 yaşlarındakı kəslərdə boyla ağciyər xəstəliyi arasındakı əlaqənin çox güclü olduğunun müşahidə edildiyi qeyd edildi.
Araşdırmada, adamın yaşı böyüdükcə, boyla ağciyər xəstəliyi arasındakı əlaqənin pilləli olaraq azaldığı görüldü.
Araşdırmaçılar, xəstəliyin daha çox yoxsul ailələrdən gələn, uşaqkən pis bəslənən, siqaret çəkilən evlərdə böyüyən və özləri də siqaret çəkən kəslərdə görüldüyünü düşünürlər.