![]() ETSN: “ Bu gün küləyin sürəti 28-30 m/s-dək güclənəcək”
![]() 05/01/2010 12:33
![]()
ETSN: “ Bu gün küləyin sürəti 28-30 m/s-dək güclənəcək”
Yanvarın 06-da qeyri-sabit hava şəraiti gündüzədək davam edəcək. ETSN-nin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, yanvarın 05-də şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 25 m/s-dək, ayrı-ayrı rayonlarda isə 28-30 m/s-dək güclənəcək. Yanvarın 06-sı hava şəraitinin gündüzədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşam və gecə saatlarında yağıntıların intensivləşəcəyi, ayrı-ayrı rayonlarda güclü olacağı ehtimalı var. |