![]() “Reproduktologiyada genetik aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib
![]() 18/12/2009 13:30
![]()
“Reproduktologiyada genetik aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib
Bu gün “Reproduktologiyada genetik aspektlər” mövzusunda ”elmi-praktik konfrans keçirilib. RİYAD MEDİA-nın məlumatına görə, «Sağlam ailə» Tibb Mərkəzi və «Birliyə doğru» Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşkilati dəstəyilə reallaşan tədbirin əsas mövzusu müasir günümüzdə sağlamlıq nöqteyi-nəzərindən aktual sayılan sonsuzluğun genetik səbəbləri, prenatal diaqnostikanın (hamiləlik zamanı dölün müayinəsi) həlli yolları, habelə hestozlar (normal gedişli hamiləlikdə baş verən ağırlaşmalar) və digər problemlər haqda idi. “Reproduktologiyada genetik aspektlər» mövzusunda keçirilmiş konfransda, yerli mütəxəssilərlə bahəm Rusiya Federasiyasından dəvət olunmuş tanınmış elm xadimləri də iştirak edib. Tədbirdə sonsuzluğun əsas səbəbləri, kliniki və genetik aspektləri, müxtəlif faktorların kişi orqanizminə mənfi təsiri ətrafında müzakirələr aparıldı. Eləcə də, süd vəzisi, yumurtalıqlar, endometrin irsi xərçəngi haqqında son elmi məlumatlar, onların genetik və kliniki xarakteristikaları, bu yeni törəmələrin ilkin, ikinci və üçüncü dərəcəli profilaktikasında müasir yanaşmalar haqqında məlumatlar təqdim etdi. |