![]() Ermənilər iki istiqamətində atəşkəsi pozub
![]() 16/12/2009 09:16
![]()
Ermənilər iki istiqamətində atəşkəsi pozub
Ermənilər atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə,Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 15-də saat 11:50-dən 12:00-dək Cəbrayıl rayonunun Cocuqmərcaqlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11:53-dən 11:54-dək və 22:05-dən 22:15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. |