Bu gün Əbülfəs Qarayevin 53 yaşı tamam olur
13/11/2009 18:56
Bu gün Əbülfəs Qarayevin 53 yaşı tamam olur

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-1973-cü illərdə - 23 saylı orta məktəbi, 1973-1978-ci illərdə - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. 1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturası (1992-ci ilin yanvar ayında "1918-1930-cu illərdə - Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi alıb) bitirib. 1992-ci ildə - Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarını bitirib.

Əmək Fəaliyyəti
1978-ci ildə - Saatlı rayonunda M.Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib, 1980-1985-ci illərdə - Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri. 1985-1989-cu illərdə - Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri, 1992-1993-cü illərdə - Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim 1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdiri vəzifələrində çalışıb. 
1994-2001-ci illərdə - Gənclər və İdman, 2001-ci ildən - Gənclər, İdman və Turizm,
2006-cı ildən Mədəniyyət və Turizm naziri kimi çalışır.
Ailəlidir, bir övladı var.