İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
12/11/2009 14:55
İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub

Belarusda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə, Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olub. YAP-ın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, prezident İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılayıb. Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub.