![]() Prezident Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
![]() 02/11/2009 14:28
![]()
Prezident Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib
Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. YAP-ın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib. Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı bu ali təhsil müəssisəsinin ölkəmizin həyatında oynadığı roldan danışmış, BDU-nun tarixi xidmətlərini xüsusi vurğulayıb. Abel Məhərrəmov bildirib ki, universitetin Elmi Şurası Prezident İlham Əliyevə BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul etmişdir. Dövlətimizin başçısına fəxri doktorluq mantiyası təqdim olunub. Tədbirdə Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin, Tbilisi Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları çıxış edərək təbriklərini çatdırıb. Mərasimdə Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 40-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib. |