![]() Azərbaycan İslam Partiyası mətbuat konfransı keçirib
![]() 26/10/2009 14:54
![]()
Azərbaycan İslam Partiyası mətbuat konfransı keçirib
Azərbaycan İslam Partiyası mətbuat konfransı keçirib. AİP-in mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, konfransda çıxış edən Azıərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov ölkəmizdə ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəli atılan addımlar və beynəlxalq aləmdə baş verən son hadisələr barədə geniş məlumat vermiş və rəhbərlik etdiyi qurumun ictimai, iqtisadi, siyasi proseslərə münasibətini bildirmiş, AİP-in mövqeyini açıqlayıb. AİP DQ probleminin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini pisləmiş və bu qurumun turizm xarakteri daşıyan rolundan imtina edilməsinin Azərbaycan xalqının maraqları çərçivəsində zəruri hal olduğunu bir daha nəzərə çatdırıb. Konfransda Türkiyə-Ermənistan sərhədlərinin açılması-Sürix prtokolunun Qərbin, ABŞ-ın təzyiqi ilə imzalanmasının istər Türkiyə, istərsə də Azərbaycan üçün zərərli olduğu, bölgədə Ermənistanın qonşu dövlətlər üçün getdikcə plasdarm rolu oynadığı və təhlükə mənbəyinə çevrildiyi qeyd edilib. AİP bir sıra müsəlman dövlətlərində -İraqda, Əfqanıstanda ABŞ-ın müdaxiləsindən sonar baş verən və hər gün onlarla günahsız insanın, dinc sakinlərin ölümünə səbəb olan terrorun getdikcə geniş yayılmasını və o cümlədən qonşu İİR-da çoxsaylı insan ölümü ilə nəticələnən qəddarlığı kəskin pisləmiş və terrorçuları himayə edən dövlətlərdən antibəşəri hərəkətlərinə son qoymalarını tələb edib. |