SAMF “KİV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirəcək
22/10/2009 22:32
SAMF “KİV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirəcək

Bakıda “Söz Azadlığını Müdafiə Fondu”nun (SAMF) təşkilatçılığı ilə “Kütləvi informasiya vasitələrində peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda Dəyirmi Masa keçiriləcək. RİYAD MEDİA-nın xəbərinə görə, tədbirdə mütəxəssislərin iştirakı ilə analoji problemin geniş müzakirəsi nəzərdə tutulur. Tədbirə ekspertlər, hüquqşünaslar, jurnalistlərlə bərabər KİV-də peşəkarlıq probleminin həllinə bilavasitə kömək edə bilmək iqtidarında olan KİV rəhbərləri də dəvətlidirlər. Dəyirmi Masada aparılan müzakirələrdə qeyri-peşəkarcasına hazırlanmış bəsit məzmunlu televeriliş və çap məhsullarından söhbət açılacaq, yaranmış problemdən xilas yolları ilə bağlı fikir mübadiləsi aparılacaq. Fond gələcəkdə də bu istiqamətdə müzakirələrini davam etdirmək niyyətindədir.