04/09/2010 08:18
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Srift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Biz Kimik
23/06/2009 23:56

“RİYAD MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ilin aprel ayında təsis edilib. Aprelin 10-u müvafiq Dövlət orqanında qeydiyyata alınıb və aprelin    20-dən “RİYAD MEDİA” İnformasiya Agentliyi kimi fəalliyətə başlayıb. Fəaliyyətə başladığı vaxtlardan öz yerini möhkəmlətməyə çalışan Agentlikdə peşəkar jurnalist kollektivi toplaşıb. “RİYAD MEDİA” həmçinin öz abunəçilərinə operativ xəbərlər, yüksək keyfiyyətli foto və videomateriallar, əsas siyasi, iqtisadi, sosial, mədəni, texniki hadisələrin daxil olduğu analitik məhsullar təqdim edir.

 

2009-cu ilin iyun ayının sonundan başlayaraq “RİYAD MEDİA” İnformasiya Agentliyinin Azərbaycan dilində www.riyadmedia.com saytı fəaliyyətə başlayıb. Agentliyə məxsus www.riyadmedia.com informasiya portalında gün ərzində 50 yaxın operativ və dəqiq xəbərlər yayımlanır. Həmin xəbərlər Agentliyin abunəçilərinə elektron bületen şəklində də təqdim edilir. 2010-cu ilin yanvar ayından başlayaraq isə Agentlik 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində xəbərlər yayımlayır.

 

 “RİYAD MEDİA” İnformasiya Agentliyi çox qısa zaman ərzində düzgün istiqamətdə görülmüş işlər nəticəsində Media sahəsində öz adını və yerini təsdiqləyib. Bunun nəticəsidir ki, Agentlik 2009-cu il oktyabr ayının 22-də Azərbaycan Mətbuat Şurasına tam hüquqlu üzv kimi qəbul olunub. 2010-cu ilin fevral ayının 15-də Azərbaycan Dillər Universiteti tərəfindən “ADU-nun fəaliyyətini geniş işıqlandıran informasiya agentliyi” nominasiyasına, may ayının 14-də “Dünya Azərbaycanlılar” İctimai Birliyi tərəfindən keçirilən sorğu nəticəsində “Dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə” “Qızıl Buta” və Diploma layiq görülüb. “RİYAD MEDİA” İnformasiya Agentliyi Azərbaycan Milli Mətbuatın 135 illik yubileyi münasibəti ilə əlaqədar Avrasiya Gazeteçilər Derneği, “Dünya Azərbaycanlılar” İctimai Mərkəzi və İctimai Fikir Fondu tərəfindən “Respublikada keçirilən respondentlərin rəy sorğusuna görə” Fəxri Diplom, Səbail rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Təbrik Məktubu, Agentliyin əməkdaşı Milli QHT Forumu tərəfindən “Milli Mətbuatın və Vətəndaş Cəmiyyətinin inkişafında göstərdiyi xidmətlərə görə”, Diplomla təltif edilib. “RİYAD MEDİA” İnformasiya Agentliyinin adı Söz Azadlığı Müdafiə Fondu tərəfindən hazırlanan “Media Kataloqu”na daxil edilib.

 

“RİYAD MEDİA” İnformasiya Agentliyi Azərbaycanda fəaliyyət göstərən dövlət, beynəlxalq və qeyri-hökümət təşkilatları, yerli şirkətlər, ali təhsil müəssisələri, mədəniyyət ocaqları, bank və xarici şirkətlərlə sıx əməkdaşlıq edir.

 

Baş Direktor 
Rəşad Mehdiyev

ARXIV
               Ətraflı Axtarış