30/07/2010 10:45
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
YUNESKO “Mədəniyyətlərin yaxınlaşması Beynəlxalq İlinin” qeyd edilməsi ilə əlaqədar Poster müsabiqəsi elan edib
02/03/2010 12:07
YUNESKO “Mədəniyyətlərin yaxınlaşması Beynəlxalq İlinin” qeyd edilməsi ilə əlaqədar Poster müsabiqəsi elan edib

Mədəniyyətlərin yaxınlaşması Beynəlxalq İlinin qeyd edilməsi ilə əlaqədar YUNESKO tərəfindən Poster müsabiqəsi elan edilib. Gənclər və İdman Nazirliyindən RİYAD MEDİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd xalqlar və mədəniyyətlər arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümayiş etdirilməsidir.

Müsabiqəyə təqdim edilən posterlər “2010-cu il Mədəniyyətlərin yaxınlaşması Beynəlxalq ilidir” mövzusuna uyğun olmalıdır. Beynəlxalq İlin ümumdünya səciyyəsi daşıdığını nəzərə alaraq, posterlər konkret hər hansısa ölkə, region, din və ya mədəniyyətə həsr olunmamalıdır. Poster rəsm və BMT-nin rəsmi dillərindən biri və ya hamısında ( ingilis, fransız, ispan, rus, çin, ərəb) yazılmış mətndən ibarət ola bilər. Namizədlər www.design21sdn.com/sign-in  internet səhifəsində qeydiyyatdan keçmək və təqdim etdikləri posterlərin fotosunu jpg 72 dpi formatında yükləməklə müsabiqədə iştirak edə bilərlər. Posterlərin orijinal ölçüsü A1 (59.4 x 84.1 sm) formatda olmalıdır. Təqdim edilən posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (ingilis və ya fransız dillərində) əlavə olunmalıdır. Posterin üzərində heç bir dövlət, ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə YUNESKO tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün 9 x 9 sm ölçüdə boş yer saxlanılmalıdır. Müsabiqəyə təqdim edilən posterlər YUNESKO-nun gələcək fəaliyyətində müəllifinin adı və milliyəti göstərilmək şərti ilə istifadə oluna bilər.

Qalibə 2000 ABŞ dolları məbləğində pul mükafatı təqdim ediləcək və o, YUNESKO-nun Baş Qərargahında keçiriləcək poster sərgisində iştirak etmək üçün dəvət olunacaq. Qalibin tədbirdə iştirakı ilə bağlı səfərinin bütün xərcləri təşkilat tərəfindən ödəniləcək.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış