30/07/2010 10:35
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Xocalı şəhəri və Lidiçe Xatirə Kompleksi arasında memorandum imzalanıb
02/03/2010 23:01
Xocalı şəhəri və Lidiçe Xatirə Kompleksi arasında memorandum imzalanıb

Çexiyanın Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbir keçirilib. Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Lidiçe faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoyulub. Diasporla İş üzrə Dövlət Komitəsindən RİYAD MEDİA-ya verilən məlumata görə, tədbiri açan Liditse Kompleksinin rəhbəri Miloş Çervençl tədbirin mühüm əhəmiyyət sdaşıdığını qeyd edib. Mərasimdə çıxış edən səfir T.Tağızadə Liditse qətliamından sağ çıxmış şəxsləri salamlayaraq, anım mərasimini Xocalı faciəsinin xatırlanmasında yeni mərhələ, eləcə də Çexiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlığın digər bir bariz nümunəsi kimi xarakterizə edib.

            Qeyd edək ki, tədbirin keçirilməsinə qarşı çıxan erməni diasporu və Ermənistan rəsmiləri Lidiçe şəhərinin rəhbərliyinə ciddi təzyiqlər göstəriblər. Belə ki, tədbirin kecirilməsinə mane olmaq məqsədilə Ermənistanın Avstriyadakı səfiri Aşot Ovakiyamyan Çexiyadakı erməni kilsəsinin keşişi arximandrit Barseqa Pilavcyan, « Erməni » klubunun sədri Tiqran Abramyan, « Orer » jurnalının baş redaktoru Akop Asatryanın müşaiyəti ilə Lidiçe qəsəbəsinə gələrək Lidiçe xatirə kompleksinin və Lidiçe qəsəbə admnistrasiyasının rəhbərliyi ilə görüşüblər. Onlar Xocalı faciəsini guya Azərbaycanın o vaxtkı rəhbərliyinin törətdiyini bildirərək bu barədə uydurma faktlar təqdim ediblər. Bundan başqa onlar Lidiçedə Xocalı faciəsi ilə bağlı anım tədbirinin, fotosərginin keçirilməsinə və əməkdaşlıq haqqında protokol imzalanmasına etiraz ediblər.

            Buna baxmayaraq, Azərbaycanın Çexiyadakı səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xocalı İcra Hakiməyyəti başçısının müavini və Çexiyadakı  diasporumuzun fəalları Lidiçe şəhər rəhbərliyi ilə görüşərək Xocalı soyqırımı haqqında əsl həqiqətləri diqqətə çatdırıb, ermənilərin təqdim etdiyi faktların onların növbəti uydurması olduğunu bildiriblər. Beləliklə, fevralın 26-da anım tədbiri, martın 1-də isə Xocalı Şəhər İcra Hakimiyyəti ilə Lidiçe Xatirə Kompleksi və onun tabeçiliyində olan NKP Lejaki Memorialı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanması baş tutub. Bu sənəd şəhərlər arasında birbaşa əməkdaşlıq əlaqələr qurmağı, xalqlar arasında mədəni əlaqələrin yaranmasına dəstək verməyi və sosial-mədəni sahədə əməkdaşlıq istiqamətində digər bir sıra öhdəlikləri nəzərdə tutur.       

            Memoranduma görə, Lidiçe Lidiçe Xatirə Kompleksi və Xocalı Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı əsasən qarşılıqlı təşviqat-təbliğat işlərinin aparılmasını, hər iki şəhərdə baş vermiş faciəyə dair sərgilərin təşkilini, Lidiçe sakinlərinin və Xocalı faciəsi şahidlərinin görüşlərini, elmi tədqiqatlar üçün arxiv materiallarindan istifadə üçün şəraitin yaradilmasını, soyqırıma aid nəşrlərin mübadiləsini, eləcə də  birgə nəşlərin layihəsinin hazırlanmasını və tarixi materiallarin çap olunmasını, uşaq və gənclər üçün tədris xarakterli yarış və müsabiqələrin təşkilini əhatə edir. Lidiçe və Xocalının qardaşlaşması ilə birbaşa bu  şəhərlərin rəhbərliyi arasındakı razılaşma əsasında həllini tapacaq.  

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış