30/07/2010 10:44
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Xocalı faciəsinin ildönümü Səbail rayonunda anılıb
25/02/2010 16:13
Xocalı faciəsinin ildönümü Səbail rayonunda anılıb

Səbail rayonunda Xocalı faciəsinin ildönümü geniş şəkildə qeyd olunub. Səbail rayon İcra Hakimiyyətindən RİYAD MEDİA-ya verilən məlumata görə, Rayon İcraHakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib, fevral ayının 26-da rayondakı bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunub.

Tədbirlər çərçivəsində fevral ayının 22-də Azərbayjan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərərgahında Səbail rayon məktəbləri arasında Xojalı soyqırımının ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə artıq ənənəvi  rayon birinciliyi keçirilib, qaliblərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim  olunub.

Fevralın 26-da rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunulub, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar verilib.

Səbail rayon İca Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirilib. Anım mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları təqdim olunub.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış