30/07/2010 10:49
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Vahid Qazinin Vitautas Landsbergisə həsr olunmuş essesi Vilnüsdə litva dilində nəşr edilib
02/03/2010 10:51
Vahid Qazinin Vitautas Landsbergisə həsr olunmuş essesi Vilnüsdə litva dilində nəşr edilib

“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazinin “Qara çörəyin ağ üzü” essesi Litvada çap olunub. Bu barədə RİYAD MEDİA-ya Vahid Qazi özü məlumat verib.

Tanınmış siyasətçi, “Sayudis” hərəkatının qurucularından biri, 1990-1992-ci illərdə Litva dövlətinin başçısı olmuş Avropa Parlamentinin üzvü Vitautas Landsbergisdən bəhs edən esse ölkənin aparıcı nəşrlərindən olan “Lietuvos žinios“ (“Litva xəbərləri”) qəzetinin 26 fevral sayında işıq üzü görüb.

Esseni Litva dilinə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və Edita Ratkuviene çeviriblər. Qəzetdə essenin müəllifi haqda məlumat da yer alıb.

1909-cu ildən çıxan “Lietuvos žinios“ gündəliyi Litvanın ən qədim və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir. Qəzetin populyar internet versiyası da mövcuddur və V.Qazinin essesi həmin portalda da yerləşdirilib. Litvanın nüfuzlu www.alfa.lt internet saytı da esseni dərc edib.

Tədqiqatçı filoloq və dilçi mütəxəssis Mahir Həmzəyev 1979-cu ildən Vilnüsdə yaşayır, ölkədə ictimai-mədəni xadim və Azərbaycan diasporunun siyasi dairələrdə nüfuzlu rəhbəri kimi tanınır. 1988-ci ildə onun Vilnüsdə yaratdığı Litva Azərbaycanlıları Cəmiyyəti milli-mənəvi və mədəni dəyərlərin Litvada və digər Baltik ölkələrində təbliğində fəal iştirak edir.

Mahir Həmzəyev indiyədək Litva dilinə Azərbaycan xalq nağıllarını çevirib, Nizami, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Eldar Nəsibli, Məmməd Namaz, Rəşad Məcid və digər Azərbaycan yazarlarının əsərlərindən tərcümələri çap etdirib.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış