14/03/2010 16:20
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Partnyorlar  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bakıya gələcək
08/02/2010 11:14
Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bakıya gələcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin(USAD) rəhbəri Cəlal Cem Oğuz fevral ayının 8-dən 11-dək Azərbaycanda səfərdə olacaq. SAM-ın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, Səfər çərçivəsində türkiyəli alim Azərbaycanın bir sıra rəsmi şəxsləri, elm xadimləri, beynəlxalq münasibətlər üzrə mütəxəssisləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Avrasiya regionu, Türkiyənin xarici siyasəti, Rusiya-Türkiyə münasibətləri üzrə tanınmış mütəxəssis Cem Oğuz 1997-2001-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin məsləhətçisi və layihə koordinatoru vəzifələrində çalışmış, erməni soyqırımı iddiaları ilə bağlı Rusiya, Almaniya, İsrail və digər ölkələrin arxivlərində tədqiqat işi aparıb. 2000-2001-ci illərdə Avrasiya Strateji Araşdırmalar Mərkəzində Rusiya-Ukrayna şöbəsinin sədri olmuş C.Oğuz 1999-2002-ci illərdə Yeni Türkiyə Araşdırma və Yayım Mərkəzinin məsləhətçisi vəzifəsində də çalışıb.

Cem Oğuz Türkiyənin qabaqcıl mətbu orqanlarının siyasi icmalçısı və köşə yazarı olmaqla yanaşı, bir çox elmi, publisistik, bədii monoqrafiya və məqalələrin müəllifidir.

Bu yazı toplam 39 dəfə oxunub.
Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış





   

   

Meheler haqqindaHavanin chirklendirilmesi haqqindaNere balıgi haqqinda