30/07/2010 10:50
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Təhsil naziri: “Təhsil Nazirliyi olaraq daha çox maraqlıyıq ki, imtahanlar şəffaf, ədalətli keçirilsin, tələbələr biliyinə uyğun qiymət alsınlar”
28/12/2009 15:19
Təhsil naziri: “Daha çox maraqlıyıq ki, imtahanlar şəffaf, ədalətli keçirilsin, tələbələr biliyinə uyğun qiymət alsınlar”

“Artıq bir neçə ildir ki, ayrı-ayrı ali məktəblər öz təşəbbüsləri ilə semestr və buraxılış dövlət imtahanlarını test üsulu və kompyuterlərdən bilavasitə istifadə etməklə həyata keçirir. Bu daha geniş şəkildə Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiq edilir. Keçən il bu iş Azərbaycan Dövlət Texniki Universitetində də tətbiq olunub”. RİYAD MEDİA-nın xəbərinə görə, bu barədə Təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, bu il də bir neçə universitetlər bununla bağlı nazirliyə müraciət edib: “Təhsil Nazirliyi olaraq daha çox maraqlıyıq ki, imtahanlar şəffaf, ədalətli keçirilsin, tələbələr biliyinə uyğun qiymət alsınlar”.
Belə addımları dəstəklədiyini deyən M.Mərdanov qeyd edib ki, yaxın gələcəkdə ali məktəblərin əsas fənlər üzrə semestr imtahanları və buraxılış dövlət imtahanları mərkəzləşmiş qaydada keçirilsə daha effektli olar. Onun fikrincə, yeni qaydalar Azərbaycanda ali təhsilin inkişafı üçün, bütövlükdə təhsilin inkişafı üçün önəmli addım olardı. 
“Bu çətin işdir. Çünki orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanı tamam başqa məsələdir. Orta məktəblərin hamısı eyni bir proqram əsasında işləyir. Ali məktəblərdə isə hər proqramın özünün alt proqramı, dərsliyi var. Hətta eyni ixtisas müxtəlif ali məktəblərdə tədris olunanda, onların arasında da fərq olur. Bu daha mürəkkəb, spesifik məsələ olduğundan bu barədə düşünürük. Tədris ilinin sonunda seçilmiş ali məktəblərdə bir neçə əsas fənn üzrə semestr imtahanlarını mərkəzləşmiş qaydada keçirəcəyik. Buna nə qədər nail olacağımızı zaman göstərəcək”, - deyə nazir bildirib. 

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış