30/07/2010 10:46
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Sumqayıtdakı qətllə bağlı məlumat verən şəxsə 10 min manat mükafat veriləcək
03/03/2010 14:05
Sumqayıtdakı qətllə bağlı məlumat verən şəxsə 10 min manat mükafat veriləcək

Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu il fevralın 20-də saat 07.30 radələrində Sumqayıt şəhərində baş verən qətllə bağlı birgə məlumat yayıb. DİN mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, naməlum şəxs “Makarov» tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Cinayətdə şübhəli bilinən təxminən 25-30 yaşlı, boyu 170-175 sm., atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır.

Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlayıb.

Fotorobotu bir daha təqdim edərək onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, «102 Zəng Xidməti» və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş olunur.

Anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda 10.000 manat pul mükafatı veriləcək.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış