30/07/2010 10:44
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotu hazırlanıb
23/02/2010 18:06
Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotu hazırlanıb

Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotu hazırlanıb. RİYAD MEDİA-nın xəbərinə görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hadisəni törədən şəxsin yaşı 25-30, boyu 170-175, bədən quruluşu dolu və idman tiplidir. Onu tanıyan şəxslərdən daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, məlum cinayət hadisəsi fevralın 20-də saat 7:30 radələrində Sumqayıt şəhərində baş verib. Valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevin naməlum şəxs tərəfindən “Makarov” tipli tapança ilə qəsdən öldürülməsi, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış