30/07/2010 10:42
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
06/05/2009 10:42
Mübariz Əhmədoğlu: “Mən “Lənət Qəbirsanlığı”nın yaradılmasını təklif edərdim”

Mayın 6-da Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) 2009-cu il aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mərkəzin hazırladığı analitik mətbuat konfransı keçirib. SİTM-nin rəhbəri Mübariz Əhmədoğlu yekunla bağlı məsələyə keçməmişdən qabaq aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisənin qurbanlarının xatirəsini bir dəqiqəlik anımdan sonra, elə bu məsələ ilə bağlı fikirlərini bildirdi. 
 Politoloq ADNA-da baş verənləri pisləyərək burda kürd, hətta İran faktorunun da ola bilməsinin qaçılmaz olduğunu vurğuladı. Həmçini o, bildirdi ki, Gürcüstanda fəaliyyət göstərən “Nitq” Analitik Mərkəzi məhz İran dövlətinin təşəbüsü ilə yaradılıb və bu mərkəzin ilk təyinatı Azərbaycana, ikinci təyinatı Gürcüstana qarşı, lazım gəldikdə isə hətta Ermənistan rəhbərliyinə qarşı mübarizə aparmaqdır.
Daha sonra ADNA-da qətliyam törədənin və bu kimi insanları kütləvi qəbirsanlıqda yox, onlar üçün “Lənət Qəbirsanlığının” yaradılmasını təklif etdi. Hətta bunun üçün Bakı ilə H.Z.Tağıyev qəsəbəsi arasında geniş boş sahələrin olduğunu da vurğuladı.
Sonra Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması, “erməni soyqırımı”nın tanınması ətrafında baş verənlər haqqında söhbət açan politoloq bu iki məsələ ətrafında baş verənləri ətraflı təhlil etdi. Daha sonra Türkiyə ilə Ermənistanın sərhədləri açması və bu işdə ABŞ-ın rolunun olmasına və Dağlıq Qarabağ münaqişə barədə də öz münasibətini bildirdi.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış