30/07/2010 10:37
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Sabah İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın finalı keçiriləcək
09/03/2010 11:21
Sabah İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın finalı keçiriləcək

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək növbəti layihə sabah “Avropa”da gerçəkləşəcək. Bu barədə RİYAD MEDİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Beləliklə, “Junior Achievement Azərbaycan” təşkilatı 2010-cu ilin İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışının final mərhələsini keçirəcək. Tədbirin əsas sponsorlar Statoil Abşeron, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd., tərəfdaş sponsorları isə Gənclər və İdman Nazirliyi, Baker McKenzie, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) və Bakcell şirkətinin maliyyələşdirdiyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” dır. 
Tədbirdə Gənclər və İdman Nazirliyi, Statoil, USAİD və Chevron nümayəndələri çıxış edəcəklər. 
Final mərhələyə vəsiqə qazanmış Bakının 132, 95, 264 saylı, Elitar Gimnaziya və Zərifə Əliyeva adına orta məktəbin, Ağdaş rayonunun Güvəkənd və Yuxarı Ləki kənd məktəblərinin komandaları biznesin modelləşdirməsi proqramı üzrə milli çempion titulu uğrunda mübarizə aparacaqlar. Virtual şirkəti modelləşdirərək, şagirdlər qiymət, istehsal, marketinq, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edəcəklər ki, bu da məktəbli komandanın uğuru yaxud itkisi ilə nəticələnəcək. Yarışda ümumi olaraq Bakı, Sumqayıt və Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy rayonlarının məktəblərini təmsil edən 152 şagird iştirak etmişdir.  
Tədbirdə, həmçinin, qalib şagirdlər və biznes icmasının nümayəndələri arasında yoldaşlıq yarışı keçiriləcək. Tədbir mükafatlandırma mərasimi ilə başa çatacaq.  

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış