30/07/2010 10:47
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Səhiyyə Nazirliyi bir neçə aptekin lisensizasının fəaliyyətini dayandırdı
26/11/2009 16:26
Səhiyyə Nazirliyi bir neçə aptekin lisensizasının fəaliyyətini dayandırdı

Qanun pozuntularına yol vermiş şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi, bəzi səhiyyə obyektlərinə verilmiş xüsusi razılıqların (lisenziyaların) dayandırılması ilə bağlı tədbirlər görülüb. Bu barədə RİYAD MEDİA-ya Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qoruyucu maskaların və virus əleyhinə preparatların qiymətlərinin bahalaşması və qıtlığı ilə bağlı əhalidən daxil olan müraciətlər və şikayətlərlə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən birgə reydlər zamanı bəzi apteklərdə dövlət qeydiyyatı və yararlılıq sertifikatı olmayan dərman vasitələrinin, həmçinin qiymətləri süni surətdə qaldırılmış qoruyucu maskaların əhaliyə satışı aşkar edilib.

 Nəsimi rayonu, R.Behbudov küçəsi, 16 ünvanında “AzkoMed” MMC-yə, M.Qasımov küçəsi, 14/26 ünvanında “İmpuls-M.V.” MMC-yə məxsus aptekdə, Səbail rayonu ərazisində “Ülvi-Həyat” firmasına məxsus aptekdə qoruyucu maskaların bir ədədinin 30-50 qəpiyə satıldığı və onların qiymətlərinin süni şəkildə artırıldığı, eyni zamanda bir neçə adda yararlılıq sertifikatı olmayan dərman preparatlarının satışı, hiqrometrin olmaması və termolyabil dərman vasitələrinin saxlanma qaydasına riayət edilməməsi faktları aşkarlanıb.

Qeyd olunanlarla əlaqədar olaraq, bu obyektlərinə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) Səhiyyə Nazirliyinin sərəncamları ilə dayandırılıb.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış