30/07/2010 10:50
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Qarabağ və Xocalı soyqırımı mövzusundakı müsabiqəsi ilə bağlı dəyirmi masa keçirilib
08/01/2010 13:38
Qarabağ və Xocalı soyqırımı mövzusundakı müsabiqəsi ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqə ilə bağlı növbəti “dəyirmi masa” keçirilib. 
MŞ-dan RİYAD MEDİA-ya verilən məlumata görə, tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov mövcud layihənin «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirib. 

Tədbirdə mövzu ətrafında fikir mübadilələri aparıldı. Qərara alındı ki, Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı ən yaxşı araşdırma işi üçün 500 manat məbləğində xüsusi mükafat verilsin. 

Ümumən müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer - 1 nəfər - 1000 AZN
İkinci yer - 2 nəfər - 650 AZN
Üçüncü yer - 3 nəfər - 300 AZN

Ən yaxşı araşdırma işi – 1 nəfər – 500 AZN

5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaq.

Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq. Bu KİV-in adı münsiflər heyətinin layihə üzrə işçi qrupunun apardığı monitorinq zamanı əldə etdiyi materialların dəyərləndirilməsindən sonra müəyyənləşəcək. Qalib yazıların ingilis dilinə tərcümə edilərək, müxtəlif KİV-lərdə dərci, informasiya portallarında yerləşdirilməsi nəzərdə tutulur.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış