30/07/2010 10:47
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Prezident İlham Əliyev paytaxtın Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub
29/12/2009 09:21
Prezident İlham Əliyev paytaxtın Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar. 
RİYAD MEDİA-nın xəbərinə görə, ölkə başçısına bildirilib ki, Səməd Vurğun bağında şairin memar Mikayıl Hüseynov və heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış abidəsi də yeni görkəm alıb. 
Azərbaycan Prezidenti və xanımı bağın ərazisini gəzib, yaradılan şəraitlə yaxından tanış olublar.
Ərazisi 26 min kvadratmetr olan bu istirahət guşəsində asfalt örtük tam dəyişdirilərək yerə qranit və mərmər plitələr döşənib. Ətraf ərazilər abadlaşdırılıb, bağda isə Hollandiyadan gətirilmiş gül kolları əkilib. 
Bağın ərazisində İtaliya istehsalı olan “Venesiya işıqları”, həmçinin, xüsusi sifarişlə hazırlanmış oturacaqlar quraşdırılıb. İtaliyalı mütəxəssislər tərəfindən tikilmiş fəvvarə bağa xüsusi yaraşıq verir.
Dövlət başçısı və xanımı Səməd Vurğun bağı ilə üzbəüzdəki “Muğam” bağında da olublar. Burada köhnə tikililər söküldükdən sonra ərazi tamamilə yeni görkəm alıb. 
Bağda italiyalı mütəxəssislər tərəfindən gözoxşayan fəvvarə inşa olunub. Ərazisi 21 min kvadratmetr olan bağda, yerə qranit və mərmər plitələr döşənib, dekorativ güllər əkilib, yeni oturacaqlar, müasir işıq dirəkləri qoyulub.
Hər iki bağın yaxınlığındakı 28 May və Puşkin küçələrinə 32 min kvadratmetr asfalt döşənilib.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış