30/07/2010 10:39
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Ötən il 543 ton yarasız məhsul satışdan çıxarılıb
17/03/2010 16:24
Ötən il 543 ton yarasız məhsul satışdan çıxarılıb

  Bakı. Martın 17-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların, sahibkarların iştirakı ilə “İstehlakçı hüquqlarının müdafiəsi: reallıqlar, perspektivlər” mövzusunda Konfrans keçirilib.   Bu barədə RİYAD MEDİA-ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib. Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, Ulu Öndərin təşəbbüsü ilə 1995-ci il 19 sentyabr tarixində BMT-nin istehlakçı hüquqlarına dair rəhbər prinsipləri əsasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Hazırda ölkəmizdə istehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etmək və s. hüquqlarının təsbit edildiyi təkmil qanunvericilik bazası formalaşıb. 
  2009-cu ildə Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinq və yoxlamalar zamanı 543 ton sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxlama müddəti keçmiş, mənşəyi məlum olmayan yeyinti məhsulları aşkar edilərək satışdan çıxarılıb. Ötən il Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş 37 təsərrüfat subyekti barəsində toplanmış materiallar qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün məhkəmə və digər orqanlara göndərilmiş, 858 təsərrüfat subyektinin isə inzibati məsuliyyətə cəlb edilməsi barədə Dövlət Xidməti tərəfindən qərar qəbul olunmuş, inzibati xətaya yol vermiş şəxslərə ümumilikdə 1388 min manat məbləğində cərimə tətbiq edilib.
  İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə xüsusi rol oynayır. 2009-cu ildə Dövlət Xidməti tərəfindən sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçı hüquqlarına dair müxtəlif mövzularda 9 adda 65 min ədəddən artıq yaddaş kitabçası, 1 adda 1500 ədəd plakat çap edilərək Bakı şəhərində və regionlarda paylanılıb.


Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış