30/07/2010 10:52
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvü seçilənlər üçün vəsiqə müəyyən edib
14/01/2010 14:20
Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvü seçilənlər üçün vəsiqə müəyyən edib

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
MSK-nın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, iclasda 2009-cu il dekabrın 23-də keçirilimiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsinin təsdiq edilməsinə dair məsələyə baxılıb. 
Komissiyanın sədri bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası 11 yanvar 2010-cu il tarixli qərarı ilə bələdiyyə seçkilərinə yekun vurub. Seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində hər bir bələdiyyə üzvünə bələdiyyə üzvü seçilməsi haqqında müvafiq dairə seçki komissiyası tərəfindən vəsiqə verilməlidir. Həmin Vəsiqənin nümunəsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilməlidir.
MSK-nın katibi Natiq Məmmədov Komissiya üzvlərini bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqənin nümunəsi və bu nümunənin təsdiq edilməsi barədə qərarın layihəsi ilə tanış edib. Mərkəzi Seçki Komissiyası bələdiyyə üzvünün seçilməsi haqqında vəsiqə nümunəsinin təsdiqi olunması barədə qərar qəbul edib.
MSK-nın iclasında cari məsələlərə də baxılıb.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış