30/07/2010 10:50
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Hüseyn Bağırov 3000 metrlik hündürlükdə yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışında iştirak edib
22/12/2009 11:23
Hüseyn Bağırov 3000 metrlik hündürlükdə yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışında iştirak edib

Cənubi Qafqazın ən hündür nöqtəsində fəaliyyət göstərən Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olub. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşən mərkəz Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun iştirakı ilə açılıb. Mərkəz Azərbaycan prezidenti İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” sərəncamına əsasən yaradılıb.
RİYAD MEDİA-nın Şimal bölgə müxbirinin xəbərinə görə, biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən Mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir. Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilib. Çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılıb. 
Elm Mərkəzində, eləcə də Mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın Vaysala firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılıb. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir. 


Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış