30/07/2010 10:44
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Hollandiyanın Heerlen şəhərində Novruz Bayramı qeyd olunub
17/03/2010 11:57
Hollandiyanın Heerlen şəhərində Novruz Bayramı qeyd olunub

Bakı. Hollandiyanın Heerlen şəhərində Novruz bayramı qeyd olunub. Bayramda əsasən şəhərin yerli əhalisi iştirak edib. Diaspora ilə İş üzrə Dövlət Komitəsindən RİYAD MEDİA-ya verilən xəbərə görə, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin (VVODA) rəhbəri İradə Uluxanova Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, mərasimə məhz hollandiyalıların dəvət olunması ölkəmizi və milli adətlərimizi daha da geniş təbliğ etmək məqsədi daşıyır. Ümumiyyətlə, bu cəmiyyət keçirdiyi bütün tədbirlərə məhz yerli əhalinin cəlb etməyə çalışır ki, Azərbaycan həqiqətlərini Hollandiyada tanıtmaq imkanları daha da genişlənsin və Hollandiya xalqı ölkəmizi yaxından tanısın. 
Heerlendəki Novruz şənliyinin açılışını Hollandiya məktəblisi, 13 yaşlı Samanta edib və qonaqları Azərbaycan dilində salamlayaraq onlara bu bayram haqqında məlumat verib. Daha sonra tədbirin keçirildiyi mətkəbə rəhbərlik edən "Movare" təşkilatının nümayəndəsi Jetty Janssen Novruz haqqında danışıb. O deyib ki, Novruz gül-çiçək bayramıdır. “Artıq 3 aya yaxırdır kı, məktəbin şagirdlərilə birlikdə bu tədbirə hazırlaşırıq, zəhmətimiz hədər getmədi, hər şey ürəyimizcə oldu” deyən məktəb rəhbəri bu işlərə görə VVODA-ya təşəkkürünü bildirib. “Əminnik ki, gələn il də Novruz bayramı bizim məktəbdə təşkil olunacaq" deyə Jetty Janssen bu bayramı çox bəyəndiklərini ifadə edib. 
Bayram Cəngi sədaları altında başlanıb. Bu musiqinin müşaiyəti ilə holland məktəblisi Tristan Zinzen at üstündə hər tərəfdən Azərbaycan bayraqları ilə bəzədilmiş meydana daxil olaraq tonqala od vurub. Sonra 7 holland məktəblisi Azərbaycan dilində şeirlərlə qonaqların Novruz bayramını təbrik ediblər. Məktəbin toplantı zallarından birində isə fransız fleytaçı İzabel Dosne, alman pianoçusu Michail Tuner və fleytaçı holland məktəblilərinin ifasında Azərbaycan bəstəkarlarının klassik və milli musiqisi səslənib, milli rəqslərimiz ifa olunub. Türkiyədən isə Tokat Universitetinin dosenti, həmyerlimiz Lalə Hüseynova Azərbaycan bəstəkarlarının əsərlərini skripkada çalıb. Həmin otaqda Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikovun həyat və yaradıcılığından bəhs edən stendler də asılıb. Bayramın ən yaddaqalan məqamlarından biri sevimli mahnılarımızdan olan "Sarı gəlin"in sədaları altında bahar qızı 10 yaşlı Ashama Zinzenin meydana gəlməsi olub və şənlik iştirakçılarına plov təqdim edib. Sonra isə məktəbin müxtəlif millətlərdən olan şagirdləri “Yallı” rəqsini oynayıblar. 
Tədbirdə milli adət-ənənələrimiz, tariximiz, musiqimiz və mətbəximizin geniş təbliği üçün bütün imkanlardan istifadə olunub. Azərbaycanın tarixi və dövlətçiliyi ilə bağli zəngin stendlər hazırlanıb. Bundan başqa holland qonaqlara Azərbaycanın işğal altında olan əraziləri, Dağlıq Qarabağ münaqişəsi haqqında broşurlar, kitablar paylanıb. Tədbirdə həmçinin holland qonaqlara Azərbaycan haqqında tanıtım filmi də göstərilib. Mərasimdə Azərbaycan Respublikasının Niderland Krallıgındakı səfirinin birinci müavini Elxan Ələsgərov və digər rəsmi qonaqlar iştirak edib. Bayram haqqında ətraflı məlumat və yerli əhalinin təəssüratları "Limburgs Dagblad" və "De limburger" qəzetlərində dərc olunub.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış